Səudiyyəli astronom: 2030-cu ildə Ramazan ayı iki dəfə qeyd ediləcək

Səudiyyəli astronom Xalid əl-Zaqaqın sözlərinə görə, müsəlmanlar 2030-cu ildə bir ildə iki dəfə müqəddəs Ramazan ayının gəlişini qeyd edəcəklər. Bunun səbəbi İslam Hicri təqviminin ay dövrlərinə, Miladi təqvimin isə Yerin Günəş ətrafında dövr etməsi siklinə əsaslanmasıdır.

Gazette az AZƏRTAC-a istinadən bildirir ki, astronom tviter hesabında yerləşdirdiyi videoda bunu izah edib; iki təqvim arasındakı fərq Milad təqvimində Ramazan ayının hər 30 ildə bir dəfə təkrar olunacağını göstərir. Bu, sonuncu dəfə 1997-ci ildə, ondan əvvəl isə 1965-ci ildə baş verib. Beləliklə, Hicri 1451-ci ildə Ramazan ayı Miladi təqvimlə 2030-cu il yanvarın 5-də başlayacaq, həmin il dekabrın 26-da müsəlmanlar yenidən müqəddəs ayın gəlişini qeyd edəcəklər. Bu, müsəlmanların 2030-cu ildə təxminən 36 gün - Hicri 1451-ci il üçün 30 gündən ibarət tam ay və 1452-ci il üçün təxminən altı gün oruc tutması ilə nəticələnəcək.

Astronom bildirib ki, Hicri qəməri ili 354 və ya 355 gün davam edir, yəni 365 gün olan Miladi təqvimlə dəqiq uyğun gəlmir. Bu, həm də o deməkdir ki, Ramazan hər il müxtəlif fəsillərə düşür və təqribən 32 illik dövrələrlə davam edir.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR