
Reklam
10 Aprel 2022, 19:30
646
Pakistan “Shaheen-III” ballistik raketini uğurla sınaqdan keçirib
Pakistan uzaq mənzilli “Shaheen-III” ballistik raketini uğurla sınaqdan keçirib.
Gazette az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
“Sınaqların məqsədi silah sisteminin müxtəlif konstruktiv və texniki parametrlərinin yenidən yoxlanılması olub”, - məlumatda bildirilir.
“Shaheen-III” raketi nüvə və adi döyüş başlıqlarını daşımaq qabiliyyətinə malikdir. Onun uçuş məsafəsi 2 750 km-dir.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





