Ötən il neçə polis işdən çıxarılıb?
02.04.2022 / 12:44
2021-ci ildə xidmətdə nöqsanlara yol verən 168 polis əməkdaşına intizam tənbehi verilib.
Gazette Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, onlardan 30-u daxili işlər orqanlarında xidmətdən xaric olunub.
21 polis tutduğu vəzifədən azad edilib, 117-si barəsində digər məsuliyyət tədbirləri görülüb.