Oruc tutan insan, rəftarlarına xüsusi diqqət etməlidir

"Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz". ("Bəqərə" 183).

Bu ayədən də göründüyü kimi, oruc tutmağın fəlsəfələrindən biri budur ki, oruc tutan günahdan uzaq olmalıdır. Bunu cəmiyyətdə aydın görmək olur ki, Ramazan ayında cinayətlərin və əxlaqsızların səviyyəsi çox aşağı düşür.

Ancaq bununla yanaşı, hələ yenə də orucun fəlsəfəsini dərk etməyənlərin sayı çoxdur. Bəziləri həm oruc tutur, həm də günah işlədir və əxlaqsız rəftarlarını davam etdirirlər.

Oruc tutmaq - təkcə yeməkdən və içəcəkdən uzaq olmaq deyidir. Oruc tutmaq - həm rəftarına, dilinə və əxlaqına diqqət edib, Allahın bəyəndiyi işlər görməkdir.

Belə ki, hədislərə nəzər salan zaman görürük ki, oruc tutan bir qadın söyüş söyür və Peyğəmbər (s) buyurur: "Bu qadına yemək verin, yesin". Qadın Həzrətə (s) deyir ki, mən orucam.

Həzrət (s) buyurur: "Necə orucsan ki, söyüş söyürsən? Oruc o dümək deyildir ki, kimsə su içməyib, yemək yeməsin. Bəlkə oruc tutanın bütün əza və üzvləri də özü kimi oruc tutmalıdır".

Rəhmət və bərəkət ayı olan Ramazan ayında bütün qəlblər düz və həqiqi yola hidayət olar. Bu, elə aydır ki, bütün qəlblər nurani olar. Ancaq naməhrəmlə söhbət və ya zarafat etmək bu fəziləti azaldır. İnsana bəla nazil edir. Bu bəlanın sayəsində də qəlbərin nuru sönər və zülmətə bürünər.

İmam Əli (ə) buyurur: "Ey Allahın bəndələri! Naməhrəmlə söhbət etmək - bəlanı nazil edər. Qadınlara göz tikmək - qəlblərin görmə nurunu söndürər. Həmçinin gözün ucu ilə (qadına) baxmaq - şeytanın hiyləsindən və tələsindəndir".

Bu, elə bir aydır ki, hətta nəfəslərimiz belə ibadət sayılır. Naməhrəmə baxmaq və ya onunla zarafat etməklə bu müqəddəs fəzanı kirlətmiş olarsan.

Hədislərin birində oxuyuruq: "O kəs ki, naməhrəm qadınla zarafat edər, ona bu dünyada dediyi hər kəlməyə görə Allah onu min il zindana salar".

Xülasə, bunu demək olar ki, Ramazan ayı bunun kimi əməllərdən əl çəkmək üçün ən yaxşı fürsətdir. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: "Oruc tutduğunuz üçün sizə eşq olsun! Bu (şəhvət) damarlarını qırar və sərxoşluğu aradan aparar".

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR