Azərbaycanda dövlət satınalmaları prosedurlarının sayı 32 % artıb

2021-ci ildə Azərbaycanda dövlət vəsaitləri hesabına 6 011 740 min manat məbləğində 12 129 satınalma proseduru keçirilib.

Gazette Az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Məlumata görə, 2020-ci illə müqayisədə dövlət satınalmalarının ümumi məbləği 555 470 min manat və yaxud 8,5 % azalıb, satınalma prosedurlarının sayı isə 2 926 vahid və yaxud 31,8 % artıb.

Hesabat dövründə müsabiqə əsasında keçirilmiş satınalmalar zamanı ehtimal olunan qiymətlə (2 994 549 min manat) müqayisədə 348 486 min manat və yaxud 11,6 % dövlət vəsaitinə qənaət edilib ki, bu da illik müqayisədə 43 007 min manat və yaxud 14,1 % çoxdur.

Satınalan təşkilatlardan daxil olan yekun protokollara əsasən hesabat dövründə qanunvericiliklə müəyyən edilmiş ayrı-ayrı satınalma metodlarının sayı və məbləği aşağıdakı kimi olub:

- Açıq tender metodu ilə 1 818 640 min manat məbləğində 3 072, o cümlədən 804 507 min manat məbləğində 2 970 elektron satınalma vasitəsilə açıq tender proseduru keçirilib. 2020-ci illə müqayisədə bu metodu tətbiq etməklə keçirilmiş müsabiqələrin sayı 658 tender və yaxud 37,6 % artıb.

- Təkliflər sorğusu metodu ilə 725 521 min manat məbləğində 524 satınalma həyata keçirilib. Bu da 2020-ci illə müqayisədə 323 satınalma və yaxud 2,6 dəfə çoxdur.

- Kotirovka sorğusu metodu ilə 101 902 min manat məbləğində 5 039 satınalma həyata keçirilib. 2020-ci illə müqayisədə bu metodu tətbiq etməklə keçirilmiş satınalmaların sayı 122 satınalma və yaxud 2,4 % azalıb.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR