
Reklam
21 Mart 2022, 18:18
675
Britaniyanın Baş naziri tezliklə Ukraynaya səfər edəcək
Böyük Britaniyanın Baş naziri Boris Conson yaxın zamanlarda Kiyevə səfər edib Ukrayna Prezidenti Volodimir Zelenski ilə şəxsən görüşmək niyyətindədir.
Gazette Az UNIAN-a istinadən xəbər verir ki, məlumatı “Daily Mail” yayıb.
Bildirilib ki, bununla da Baş nazir Rusiya ilə müharibədə Ukraynanı dəstəklədiklərini nümayiş etdirmək niyyətindədir. O, məmurlara səfərlə bağı detalları araşdırmağı tapşırıb.
Qeyd edək ki, Boris Conson bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinin “məğlub olacağı"nı demiş və Rusiyanın Ukraynaya hücumunu isə “hərbi cinayət” adlandırmışdı.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





