
Reklam
15 Mart 2022, 13:03
402
Bu gün Avropanın üç ölkəsinin Baş naziri Kiyevə səfər edəcək
Bu gün Çexiyanın Baş naziri Petr Fiala, Slovakiyanın hökumət başçısı Yanez Yanşa və Polşanın Baş naziri Mateuş Moravetski Ukrayna paytaxtı Kiyevə səfər edəcəklər.
Gazette Az “Associated Press”ə istinadən xəbər verir ki, bunu P.Fiala tviterdə yazıb.
Səfərin məqsədi Ukraynaya dəstək göstərməkdir. Liderlər Avropa İttifaqının missiyası kimi Kiyevə baş çəkəcəklər.
“Səfərin məqsədi Avropa İttifaqının Ukraynaya, onun azadlığına və müstəqilliyinə qeyd-şərtsiz dəstəyini ifadə etməkdir”, - hökumət başçısı bildirib.
Üç ölkənin Baş nazirləri ilə yanaşı Polşa Baş nazirinin təhlükəsizlik məsələləri üzrə müavini, mühafizəkar hakim partiyanın lideri Yaroslav Kaçinski də Kiyevə gedəcək.
report
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





