Azərbaycanda dəhşətli hadisə: Dayı bacısı qızını zorladı, sonra başını və qaşlarını qırxdı

Bakıda ögey bacısının qızına qarşı seksual xarakterli zorakılıq əməli törətmiş, həmçinin həmin qızın saçını və qaşlarını qırxmış, eləcə də ögey bacısının azyaşlı oğlunun bədəninin müxtəlif nahiyələrini qəsdən yandıraraq uşağa əzab vermiş 1990-cı il təvəllüdlü, Ağcabədi rayon sakini Anar Novruzov barəsində cinayət işi açılıb.

Qeyd edilən şəxs barəsində Cinayət Məcəlləsinin 133.2.1 (əzab vermə – iki və ya daha çox şəxsə törədildikdə), 133.2.4 (əzab vermə – yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 133.2.6 (əzab vermə – işgəncə verməklə törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri – 14 yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə açılmış iş üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmədə bildirilib ki, Anar ikinci evliliyindən olan ailəsi ilə birgə Binəqədi rayonu ərazisində ögey bacısı ilə birlikdə yaşayıb. Bəzi hallarda ögey bacısı rayona işləməyə gedərkən onun 6 yaşlı oğlu və 13 yaşlı qızı Anargillə birgə yaşayıb.

Müəyyən edilib ki, ötən ilin 1 avqust tarixində o, yaşadığı evdə ögey bacısının 13 yaşlı qızı evdə tək olarkən ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edərək qeyri-təbii yolla cinsi əlaqədə olub. 8 avqust tarixində isə Anar ögey bacısının oğlunu döyərək bıçağı qazın üstündə qızdırıb və 6 yaşlı uşağın bədəninin müxtəlif nahiyələrinə qaynar bıçaqla basaraq ona xəsarətlər yetirib. Bundan sonra o, 1 həftə əvvəl zorladığı bacısı qızını tutaraq saçqırxan maşınla onun saçını və qaşlarını qırxıb.

Məhkəmədə ifadə verən 32 yaşlı Anar Novruzov ögey bacısının oğlu onun övladına qarşı əxlaqsız hərəkətlər etdiyinə görə tərbiyələndirmək məqsədilə cəzalandırdığını deyib. Bacısının qızının isə başqa evin yaxınlığındakı stadionda arvadı tərəfindən oğlanla tutulmasına görə tərbiyə etmək qərarına gəldiyini və bunun üçün onun saçlarını və qaşını qırxdığını deyib. O, həmçinin yetkinlik yaşına çatmayan ögey bacısının qızını zorlaması barədə iddianı təkzib edib və bunun şər-böhtan olduğunu deyib.

Zərərçəkmiş qız isə bildirib ki, dayısının arvadı mağazaya gedəndən sonra dayısı onunla zorla cinsi əlaqədə olub. Həmin hadisədən 1 həftə sonra isə dayısı öz arvadı ilə birlikdə onları cəzalandırmaq üçün qardaşı ilə birgə döyüb. Həmçinin saçını, qaşını qırxıb.

Ekspertiza azyaşlı qızla qardaşına qarşı edilmişləri təsdiq edən rəy verib.

Qeyd edək ki, 8 avqustda baş vermiş hadisədən sonra 13 yaşlı qız baş verənlər barədə anasına zəng edərək məlumat verib və polisə müraciət edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən proses martın 3-də başa çatıb və hökm elan edilib. Anar Novruzov qeyd edilən maddələrlə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

SON XƏBƏRLƏR

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

BÜTÜN XƏBƏRLƏR