Xələf Xələfov Rusiya sülməramlılarının olduqları ərazilərdə atəşkəsin pozulmasından danışıb

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov son günlər Rusiya sülməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin atəşkəsi pozmasına münasibət bildirib.

Gazette Az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında sülhməramlıların nəzarətində olan ərazilərdə ermənilərin yaşadığını və onların gələcəkdə Azərbaycana inteqrasiyasının qarşıda duran əsas məsələlərdən biri olduğunu bildirib: "Biz hesab edirik ki, onlar Azərbaycan vətəndaşlarıdırlar”.

Nazir müavini deyib ki, münaqişə başa çatıb, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub: "Atəşkəsin pozulması halları olur. Amma təbii ki, bütün bunlar sülhün möhkəmlənməsinə xidmət etmir və düşünürəm ki, bu hallar aradan qaldırılmalıdır. Tam əminəm ki, sülhməramlılar da öz vəzifələrini, öhdəliklərini tam başa düşürlər. Qanunsuz erməni hərbi birləşmələri birmənalı olaraq çıxarılmalıdır və bu istiqamətdə proseslər gedəcək. Təbii ki, sülhə mane olan bütün neqativ hallar aradan qaldırılmalıdır. Atəşkəsin pozulması yolverilməzdir. Çünki atəşkəsin pozulması ilk növbədə üçtərəfli razılaşmalara yönəlmiş addımlardır və bu hallara son qoyulmalıdır".

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR