Belə videoçarxlar qəbulolunmazdır: Yayımçılara müraciət

Azərbaycan Audiovizual Şurası televiziya və radio yayımçılarına müraciət edib.

Gazette Az Trend-ə istinadən xəbər verir ki, müraciətdə deyilir:

"Son günlər bir sıra televiziya kanallarında yayımlanan bir reklam çarxında təqdim olunan əmtəəyə diqqəti cəlb etmək üçün nasist ideologiyasının banisi və nasist Almaniyasının rəhbəri olmuş Adolf Hitler obrazından və o obraz üzərində qurulmuş yumoristik səhnədən istifadə halı müşahidə olunub. Azərbaycan xalqının onilliklər ərzində Ermənistanın ona qarşı həyata keçirdiyi faşist və neonasist siyasətdən əziyyət çəkdiyini, o cümlədən, II Dünya Müharibəsi illərində Azərbaycandan olan əsgər və zabitlərin faşist Almaniyasına qarşı fədakarcasına mübarizə apardığını nəzərə alaraq belə videoçarxlar qəbulolunmazdır.

"Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 14.1-ci maddəsinin tələbini, eyni zamanda, Adolf Hitlerin irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin ideoloji olaraq əsas banilərindən biri olmasını nəzərə alaraq yayımçılardan belə məzmunda reklam çarxlarının yayımını, habelə media reklam agentliklərindən belə məzmunlu reklam çarxlarının istehsalını dərhal dayandırmalarını tələb edirik.

Aparılan monitorinqlər nəticəsində belə hallara yenidən rast gəlinərsə həmin reklam çarxının yayımını həyata keçirən televiziya və ya radio yayımçısına qarşı qanunvericiliklə müəyyən olunan sanksiya tətbiq olunacaq".

SON XƏBƏRLƏR

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

BÜTÜN XƏBƏRLƏR