Azərbaycanda dəhşətli hadisə:  62 yaşlı kişi 15 yaşlı xəstə qızı zorladı

Sosial şəbəkədə sağlamlıq imkanları məhdud 15 yaşlı qızın 62 yaşlı qonşusu tərəfindən zorlanması və 7 aylıq hamilə olması ilə bağlı məlumatlar yayılıb.  Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsi məsələ ilə bağlı açıqlama yayıb.

Komitənin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, hadisə ilə bağlı araşdırma aparılıb və cinayət işi başlanılıb:

"Sosial şəbəkələrdə Gəncə şəhəri Kəpəz rayon sakini, xüsusi qayğıya ehtiyacı olan, yetkinlik yaşına çatmayan qızın 62 yaşlı qonşusu tərəfindən zorakılığa məruz qalması və hazırda hamiləliyin 7-ci ayında olması ilə bağlı fakt Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılıb. Gəncə Şəhər İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya və Daxili İşlər Nazirliyi ilə dərhal əlaqə saxlanılıb. Məsələ ilə bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanılıb”.

Teymur Mərdanoğlu, həmçinin əlavə edib ki, bu gün 15 yaşlı qızın psixoloji vəziyyətinin qiymətləndirilməsi və ona psixoloji dəstək göstərilməsi məqsədilə Komitənin nəzdində fəaliyyət göstərən Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları ailəni ziyarət edəcəklər.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR