“Paşinyan öz müttəfiqindən çox kəskin uzaqlaşdı...” - Mixail Zaxarov

"Hazırda Moskva Ukraynadakı əməliyyatlara (Rusiyada müharibəni belə adlandırırlar, - red.) görə çox güclü iqtisadi və siyasi blokada ilə üzləşib. Bu situasiyada Rusiyanın azsaylı müttəfiqlərinin siyasi dəstəyinə heç vaxt olmadığı qədər ehtiyacı var, hansı ki, Ermənistan baş naziri Nikol Paşinyan da özünü publik olaraq bu müttəfiqlər sırasına aid etmişdi. Amma Moskva üçün bu cür ağır məqamda Paşinyan Fransaya rəsmi səfər edir", - rusiyalı ekspert Mixail Zaxarov Ermənistan baş nazirinin Parisə səfərini lenta.ru portalına belə şərh edib.

Gazette Az virtualaz.org-a istinadən bildirir ki, əslində Paşinyan Moskvaya səfərə dəvət almışdı. (Ukraynaya qarşı hərbi müdaxilədən az əvvəl Rusiya prezidenti Vladimir Putin Ermənistan baş nazirinə zəng vurub, onunla ikitərəfli münasibətlərə dair aktual məsələləri müzakirə edib və Paşinyanı Moskvaya səfərə çağırıb, - red.) "Maraqlıdır ki, Paşinyanı əslində Yelisey sarayında yox, Kremldə gözləyirdilər, hələ Ukrayna hadisələrindən əvvəl Vladimir Putin Ermənistan baş nazirini ora şəxsən dəvət etmişdi", - Zaxarov bildirib.

Rusiyalı politoloqun fikrincə, Paşinyan Ukraynada hadisələrin sonrakı inkişafını görərək öz müttəfiqindən məsafə saxlamağı qərara alıb.

"Amma Ukrayna hadisələri və daha sonra Moskvanın beynəlxalq təcridi, sanksiyaların tətbiq edilməsi erməni rəhbərliyinin planlarını kəskin dəyişdirdi. Görünür Paşinyan, yeri gəlmişkən o, bu il KTMT-yə sədrlik edir, hesab edir ki, indi Rusiya ilə siyasi ittifaqların zamanı deyil və öz müttəfiqindən çox sərt şəkildə məsafə saxlayır", - M.Zaxarov qeyd edib.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR