
Reklam
10 Mart 2022, 15:37
444
Mövlud Çavuşoğlu Rusiya və Ukrayna XİN başçılarının görüşünə münasibət bildirib
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada Rusiya və Ukrayna XİN başçıları ilə birlikdə keçirilən üçtərəfli görüşə münasibət bildirib.
Gazette Az xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.
“Sülhə ən çox ehtiyac olduğu bir vaxtda həmkarlarım Lavrov və Kuleba ilə üçtərəfli formatda görüşdük. Arzumuz regionda sülhün əldə olunmasıdır. Rusiya ilə Ukrayna arasında diplomatik təmasların davam etməsi üçün səylərimizi əsirgəməyəcəyik”, - o deyib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





