
Reklam
07 Mart 2022, 22:27
562
Kiyevdə çörək zavodu atəşə tutulub, ölənlər var
Rusiya hərbçiləri Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında çörək zavodunu atəşə tutub.
Gazette Az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, Makarov qəsəbəsində yerləşən “Makarovski xlebozavod” dövlət müəssisəsinə aviazərbələr endirilib.
Aviazərbələr nəticəsində 13 ukraynalı dünyasını dəyişib.
Hava hücumu zamanı zavodda 30 nəfər olub.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





