“Sərhədsiz həkimlər” Mariupoldakı vəziyyəti humanitar fəlakət adlandırıb

Beynəlxalq humanitar “Sərhədsiz həkimlər” (“Medecins sans frontiers” - MSF) təşkilatı Ukraynanın Mariupol şəhərindəki humanitar vəziyyəti fəlakətli adlandıraraq, məhdud ərzaq təchizatına, su, elektrik və istilik çatışmazlığına işarə edib.

Gazette Az xəbər verir ki, bu barədə təşklatın yaydığı bəyanatda deyilir.

Şəhərdə ərzaq ehtiyatlarının tükəndiyi, həmçinin su, işıq və istiliyin olmadığı qeyd edilir.

“İnternet və telefon rabitəsi sıradan çıxıb. Xəstəxanalara, supermarketlərə və yaşayış binalarına ciddi ziyan dəyib. Humanitar yardımın şəhərə çatdırılması mümkün deyil”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Ukraynanın Mariupol şəhəri Rusiya silahlı qüvvələri tərəfindən mühasirəyə alınıb.

Rusiya tərəfi martın 5-də yerli vaxtla saat 10:00-dan etibarən Ukraynanın iki şəhərində sükut elan edib. Məqsəd Ukraynanın Mariupol və Volnovaxi şəhərlərinin sakinlərinin təxliyəsi üçün şərait yaratmaqdır.

Lakin Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko isə bildirib ki, Ukrayna hələ də humanitar dəhlizlərin təhlükəsizliyinə dair zəmanət almayıb

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR