
Reklam
05 Mart 2022, 15:34
437
ABŞ-ın dövlət katibi: “Əminəm ki, Ukrayna bu müharibədə qalib gələcək”
“Əminəm ki, Ukrayna bu müharibədə qalib gələcək”.
Gazette Az UNİAN-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken BBC-yə müsahibəsində deyib.
“Əgər Moskva ölkədəki hakimiyyəti devirməyə çalışsa, Ukrayna xalqı buna qarşı çıxacaq. Müharibə artıq Putinin planlarına uyğun getmir. Ukrayna qoşunlarının güclü müqaviməti rusların 9 gün ərzində ölkə daxilində hərəkət etməsinə mane olub”, - o bildirib.
ABŞ-ın dövlət katibi hərbi əməliyyatlar tam dayandırılanadək rəsmi Vaşinqtonun Moskvaya təzyiqlərinin davam etdiriləcəyini vurğulayıb.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





