BAKU Azərbaycan
21.03 °C

“Putin dünyanı ələ keçirmək istəyir” - Avroviziya-2016 qalibi

"Putinin sərsəm planları var, o, bütün dünyanı ələ keçirmək istəyir. Məncə,o, xəstədir, həqiqətən də bu belədir".

Gazette Az olay-a istinadən xəbər verir ki, bu sözləri Türkiyəyə sığınan Avroviziya-2016 qalibi Jamala deyib.  O, İstanbulda keçirdiyi mətbuat konfransında Ukraynadakı hərbi əməliyyatlardan danışıb:

"Fevralın 26-da səhər saat 6-da biz yenidən bomba səsinə oyandıq, çünki yaxınlıqdakı hava limanına hücum olunurdu. Sonra Ruminıya sərhədinə gəldik. Ora çatanda türklər bizi xilas etdilər.

Mən siyasətçi deyiləm, amma bilirəm ki, Ukrayna evimdi və ora  kimsə gəlib və bu səbəbdən buradayam, hazırda qaçqınam. Türkiyəyə qaçqın kimi gələcəyimi heç düşünməmişdim. Nənəmin başıma gələnləri yenidən yaşayacağımı heç düşünməmişdim".