BAKU Azərbaycan
15.03 °C

Piylənmənin əsas səbəbləri açıqlanıb

"Piylənmənin ən çox rast gəlinən səbəbi həddindən artıq yüksək kalorili qidalar yemək və hərəkətsizlikdir".

Gazette Az "report"-a istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.

Onun sözlərinə görə, bir insanda nəzərə çarpacaq dərəcədə artıq çəki varsa, bu heç də piylənmə deyil: "Piylənmə gözlə də müəyyən edilə bilər. Hesablama proqramları var, çəki ilə boy nisbətinə baxıla bilər. Hər kəs çəkisini boy kvadratlarına bölərsə, çəkisinin artıq olub-olmamasını müəyyənləşdirə bilər".

A.Əkbərzadə qeyd edib ki, cəmiyyətdə adətən normal çəkili uşaqları sevmirlər: "Hesab edirlər ki, kök uşaq daha sağlam olur. Yetkinlik dövründə piylənmədən əziyyət çəkənlər 80 % halda kök olaraq qalır. Yalnız 5 % halda çəki atmaq olur. Ağırlaşmalar yetkin və orta yaşda daha çox müşahidə oluna bilər".