
Reklam
02 Mart 2022, 22:36
614
“Reuters”: “ABŞ-ın enerji şirkətləri Rusiyadan uran idxalına sanksiya qoyulmasına qarşıdır”
ABŞ-ın bir sıra enerji şirkəti, o cümlədən “Duke Energy Corp”, “Exelon Corp”, həmçinin ABŞ Atom Enerjisi İnstitutu (Nuclear Energy Institute, NEI) Ağ evi Rusiyadan uran idxalına qarşı sanksiyalar tətbiq etməməyə inandırmağa çalışır.
Gazette Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, NEI uran idxalının Rusiyanın enerji sektoruna qarşı yönəlmiş sanksiyalar paketinə düşməməsi üzərində çalışır. Buna səbəb ABŞ-ın atom enerjisinin Rusiyadan idxal edilən ucuz urandan asılı olması göstərilir.
Hazırda AES-lərin işləməsi üçün tələb olunan uranın, təxminən, yarısını ABŞ Rusiya, Qazaxıstan və Özbəkistandan alır.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





