BAKU Azərbaycan
18.03 °C

Koronavirusdan tez sağalmağa kömək edən 3 MƏHSUL

Tanınmış rusiyalı həkim Aleksandr Myasnikov koronavirsdan daha tez sağalmaq üçün yardım edə biləcək 3 məhsulun adını açıqlayıb.

Gazette Az Rusiya KİV-lərinə istinadla oxucularını bu məhsullarla tanış edir.

Məhsullardan biri toyuq ətidir. Toyuq əti sinklə zəngindir. Bu mineral immun sisteminin fəaliyyətini stimullaşdırır.

Digər məhsul siyənək balığıdır. Siyənək D vitamini ilə zəngindir. Çoxsaylı araşdırmalar göstərib ki, koronavirus D vitamininin defisiti olan insanlarda daha ağır formada keçir.

Limonla zəncəfil çayı da koronavirusdan sağalmağa yardım edir.