
Reklam
01 Mart 2022, 16:13
406
ATƏT-in Ukraynanın Luqansk vilayətindəki ofisi fəaliyyətini dayandırıb
ATƏT-in Ukraynanın Luqansk vilayətindəki monitorinq missiyası fəaliyyətini dayandırıb.
Gazette Az "RİA Novosti”yə istinadən xəbər verir ki, təşkilat təmsilçiləri bölgədən çıxıb və Rusiya istiqamətində yola düşüblər.
“ATƏT-in monitorinq missiyası Luqanksda mehmanxananı tərk edib, ofisi fəaliyyətini dayandırıb. Onlar Rusiya istiqamətində hərəkət edir”, - agentlik bildirib.
Xatırladaq ki, bir müddət əvvəl ATƏT-in Baş katibi Helqa Şmid bildirmişdi ki, missiyanın bütün üzvlərinin Ukraynadan qısa müddətə çıxarılmasına dair qərar qəbul edib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





