
Reklam
28 Fevral 2022, 22:28
603
Ukrayna heyəti görüş zamanı Rusiyanın qarşısında şərt qoydu: "Bunu etməlisiniz..."
“Ukraynanın nümayəndə heyəti danışıqlarda Rusiyadan qoşunlarını Krım və Donbasdan da çıxarmasını tələb edir”.
Bunu “Current Time”a açıqlamasında Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib.
O, paytaxt Kiyevdə Ukrayna Ordusunun üstünlük əldə etdiyini açıqlayıb: “Təsdiqlənmiş hesablamalara görə, səhərdən saat 14.00-a qədər İrpen-Jitomir avtomobil yolunda 200-dən çox müxtəlif texnika məhv edilib və ya zədələnib. İlahi, onları Kiyev yaxınlığında necə darmadağın etməyimizi bir bilsəniz!”, - O.Arestoviç feysbukda yazıb.
Onun sözlərinə görə, indiyədək Rusiyanın azı 4500 hərbi qulluqçusu məhv edilib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





