Zelinski: "Ruslar artıq Kiyevə girib" - "Bütün Avropa Rusiyadan qorxur, biz qorxmuruq GƏLİN!"

"Bu gün başqa dövlətlərin rəhbərləri ilə nə qədər söhbət etmişəmsə də, bir neçə şey eşitmişəm. Birincisi, bizə dəstək verilir. Mən Ukraynaya xüsusi yardım edən hər bir dövlətə minnətdaram. Yalnız sözlərlə deyil. Amma ikinci bir şey də var - dövlətimizin müdafiəsində tək qalmışıq. Kim bizimlə döyüşməyə hazırdır? Mən bunları görmürəm. Ukraynaya NATO-ya daxil olmaq üçün kim zəmanət verməyə hazırdır? Hamı qorxur”.

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

Paytaxtda, xalqının yanında olduğunu deyən Ukrayna lideri Rusiyanın danışıq təkliflərinə də toxunub: "Bu gün Moskvadan eşitdik ki, onlar hələ də danışmaq istəyirlər. Onlar Ukraynanın neytral statusundan danışmaq istəyirlər.

Mən dövlətimizin bütün tərəfdaşlarına deyirəm: indi ölkəmizin taleyi həll olunur. Onlardan soruşuram: bizimləsiniz? Onlar buna bizimlə olmaları ilə cavab verirlər. Amma bizi də özləri ilə Alyansa aparmağa hazır deyillər”.

"Mən Avropanın iyirmi yeddi dövlətinin liderindən Ukraynanın NATO-da olub-olmadığını soruşdum. Birbaşa soruşdum. Onların hamısı qorxur. Amma biz qorxmuruq. Bəs biz hansı təhlükəsizlik zəmanətlərinə malik olacağıq? Onu hansı ölkələr verəcək?”, - Zelenski deyib.

Ukrayna lideri vurğulayıb ki, bu işğalın sonu haqqında danışmaq lazımdır: "Alovun dayandırılması haqqında danışmaq lazımdır.

Amma indi ölkənin taleyi bütünlüklə ordumuzdan, təhlükəsizlik qüvvələrimizdən, bütün müdafiəçilərimizdən asılıdır. Xalqımız, sizin müdrikliyinizdən”.

Zelinskinin sözlərinə görə, Ruslar artıq Kiyevə girib: "Onların birinci hədəfi mən, ikinci hədəfi isə ailəmdir".

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR