
Reklam
25 Fevral 2022, 12:46
598
Türkiyə 4 ölkəyə uçuşları təxirə salıb
Türkiyə Hava Yolları Ukrayna, Moldova və Belarusa, eləcə də Rusiyanın Rostov şəhərinə uçuşları təxirə salıb.
Gazetteaz “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türk Hava Yolları məlumat yayıb.
Məlumatda qeyd olunub ki, martın 2-dək Rostov-Dona, fevralın 26-dək Belarusa, martın 4-dək isə Moldovaya uçuşlar (giriş-çıxış) ləğv edilib.
Bildirilib ki, Ukraynanın hava məkanı uçuşlar üçün bağlandığından fevralın 25-26-da bu ölkəyə reyslər ləğv edilib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





