
Reklam
25 Fevral 2022, 12:44
759
SON DƏQİQƏ: Zelenski əmr verdi - Ukrayna Rusiyanın "Millerov" hava limanına raket zərbələri endirdi
Ukrayna ordusunun raket qoşunları təcili qərar qəbul edərək Rusiyanın Rostov vilayətində yerləşən strateji obyektlərə raket zərbələri endirib.
Gazetteaz xəbər verir ki, bu barədə "Voyennıy obozrevatel" nəşri məlumat yayıb.
Bildirilir ki, "Toçka U" tipli əməliyyat taktiki raketləri Millerov hava limanına düşüb. Raket zərbələri nəticəsində hərbi texnika kalonunun olduğu qərargah dağıdılıb.
Qeyd edək ki, Rusiya ordusu dünən səhər saatlarından böyük qüvvə ilə Ukraynaya hücum edib.Rusiyalı rəsmilər bunu etiraf etməsə də, bir çox mənbələrin yayımladığı foto və video materiallarda Rusiya ordusunun yaşayış məntəqələrinə zərbələr endirdiyi aşkar görünür.
Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





