BAKU Azərbaycan
15.03 °C

ÜST: Yeni ştam yaranarsa, vəziyyət dəyişə bilər

"Bütün peyvəndlər omikron ştamına qarşı effektlidir".

Gazetteaz APA-ya istinadən xəbər verir ki, bunu ÜST-nin Avropa üzrə Regional Ofisinin peyvəndlə qarşısı alına bilən xəstəliklər və immunlaşdırma üzrə eksperti və proqram meneceri Siddhartha Sankar Datta jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu sahədə araşdırmalar aparılıb: "ÜST tövsiyə edir ki, sağlamlığı ilə bağlı problemləri olan və xüsusən yaşlılar buster doza qəbul etsinlər. Azərbaycanda əhalinin 20-25 faizi buster doza qəbul edib. Bundan sonra vəziyyətin stabilləşəcəyini ehtimal edirik. Pandemiyanı nəzarətdə saxlamalıyıq. Bir il əvvəllə müqayisədə bu gün xəstəlik barədə daha məlumatlıyıq. Bu gün daha yaxşı diaqnostik alətlərimiz, peyvəndimiz var. Son məlumatlar göstərir ki, xəstəliyin ağırlaşma halları, xəstəxanaya düşən şəxslər, ölüm halları azalıb. Amma ehtiyatlı olmalıyıq. Əgər yeni ştam yaranarsa, vəziyyət dəyişə bilər".