Özbəkistandan Türkiyəyə gedən növbəti blok qatarı Bakı Limanına çatıb

Özbəkistanın Buxara şəhərindən Türkiyənin Mersin şəhərinə gedən 62 konteynerdən ibarət növbəti blok qatarı Bakı Limanına çatıb.

Gazetteaz bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə müəssisəsi - "ADY Konteyner" MMC-yə istinadən xəbər verir.

Qatarda olan 40 futluq konteynerlərlə kimya sənayesi məhsulları və gübrə daşınır. Yük Türkmənbaşı limanından Bakı limanına “Mahmud Rəhimov” fider gəmisi ilə çatdırılıb. Burada konteynerlər aşırılaraq platformalara yüklənəcək, daha sonra isə Bakı -Tbilisi - Qars dəmir yolu xətti ilə Türkiyəyə yola salınacaq.

Layihə “Asiya və Sakit okean regionu - Çin - Qırğızıstan - Özbəkistan - Türkmənistan - Azərbaycan - Gürcüstan - Türkiyə - Avropa nəqliyyat marşrutu” çərçivəsində həyata keçirilir. Ötən il bu marşrut üzrə yükdaşımaların həcmi əvvəlki ilə nisbətən 2 dəfə artıb.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR