BAKU Azərbaycan
16.03 °C

Almatıda icazəsiz mitinq başlayıb

Qazaxıstanın Almatı şəhərinin Respublika meydanına yerli vaxtla saat 12:00-a qədər (Bakı vaxtı ilə 10:00 - Red) təxminən 300 nəfər toplaşıb.

Aksiya iştirakçılarından bəzilərinin üzərində yanvar hadisələri zamanı həlak olanların plakatları və fotoşəkilləri var, plakatlarda onların adları da yazılıb.

Polis meydanın yaxınlığında avtomobillərin hərəkətini məhdudlaşdırmayıb, həmçinin kordon yoxdur, yaxınlıqda təcili yardım briqadası və iki polis patrul maşını xidmət göstərir, lakin şahidlər meydanda mobil internetin kəsildiyini bildirirlər.

İştirakçılar hakimiyyəti yanvar hadisələri zamanı həbs edilən vətəndaşları azad etməyə çağırırlar. Dövlət qeydiyyatından keçməmiş Qazaxıstan Demokrat Partiyasının lideri, fəal Janbolat Mamay da etirazçılara qoşulub.

Qeyd edək ki, Qazaxıstanda yanvar etirazlarından sonra 3 mindən çox cinayət işi açılıb.

 

 

report