BAKU Azərbaycan
18.03 °C

“Fitch”: "Türkiyədə bu il orta illik inflyasiya 41 %-ə yüksələcək"

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Türkiyənin kredit reytinqini “BB-”dən “B+”a endirib.

Gazetteaz xəbər verir ki, bu barədə reytinq agentliyi məlumat yayıb.

Agentlik Türkiyənin kredit reytinqi üzrə proqnozu isə "mənfi" olaraq təsdiqləyib.

Hesabatda həmçinin bildirilir ki, Türkiyə hökumətinin qorunan valyuta depozitləri, hədəflənən kredit və kapital axını tədbirləri də daxil olmaqla inflyasiyanın azaldılmasına yönəlmiş siyasətinin makroiqtisadi və maliyyə sabitliyi risklərini davamlı şəkildə azaldacağı gözlənilir.

“Bu ilin sonuna Türkiyədə inflyasiya 38 %, orta illik inflyasiya isə 41 %, gələn il 28 % olacağını gözləyirik”, - agentlik qeyd edib.

Ötən il Türkiyədə istehlak qiymətlərin artımı 36,08 % təşkil edib.

 

 

report