BMT-nin Baş katibi qadın və qızların elmlə məşğul olması üçün şərait yaradılmasına çağırıb

“COVID-19 pandemiyası məktəblərin bağlanması, zorakılığının artması və ev işi yükünün çoxalması ilə gender bərabərsizliyini daha da artırdı. Bu bərabərsizlik bizi gizli qalmış istedad və yeniliklərdən məhrum edir. Elm və texnologiyanın hər bir kəs üçün xidmət etdiyinə əmin olmaq üçün qadın baxışına ehtiyacımız var”.

BMT-nin Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, bunu BMT-nin Baş katibi Antoniu Quterreş Beynəlxalq qadın və qızların elmdə iştirakı Günü ilə bağlı mesajında söyləyib.

“Bu gün dünyada elm və mühəndislik sahəsi ilə məşğul olan hər üç tədqiqatçıdan yalnız biri qadındır. Struktur və sosial maneələr qadın və qızların elmlə məşğul olmasına və bu sahədə irəliləməsinin qarşısını alır. Biz hərəkətə keçə bilərik və bunu etməliyik.

Sinif otaqlarında texnologiya, fizika, mühəndislik və riyaziyyat öyrənən qızların sayını artıran siyasətlərlə. Laboratoriyalar, tədqiqat müəssisələri və universitetlərdə qadınların inkişafı və rəhbərlik imkanlarını təmin etmək üçün hədəfli tədbirlərlə. Elmdə qadınlar haqqında ayrı-seçkilik və stereotiplərə son qoymaq üçün qətiyyət nümayiş etdirməklə.

Və azlıqlara aid qadınlar üçün imkanları geinşləndirmək məqsədilə daha ciddi tədbirlər görməklə. Bunlar süni intellekt kimi vacib sahə üçün əhəmiyyətli rol oynayır. Süni intellekt sahəsində qadınların azlığı ilə kişiləri normaya uyğun, qadınları isə istisna hal kimi qəbul edən məntiqsiz və gender ayrı-seçkiliyini dəstəkləyən alqoritmlər arasında birbaşa əlaqə var.

Hər kəsə xidmət edən və gender bərabərliyini qoruyan süni intellekti inkişaf etdirmək üçün bu sahədə daha çox qadının iştirakına ehtiyacımız var. Biz həmçinin gənc qadın alimlərin iqlim və ətraf mühit böhranlarını həll etməyə kömək edəcək karyera qurmalarına mane olan tendensiyaları durdurmalıyıq.

Mən mühəndislik sahəsində dərs demişəm. Şəxsi təcrübəmə əsaslanaraq bilirəm ki, gənc qadınlar və kişilər eyni dərəcədə bacarığa malikdirlər və eyni dərəcədə elmdən zövq alırlar, yeni fikirlərlə zəngindirlər və dünyamızı irəli aparmağa hazırdırlar. Biz təmin etməliyik ki onlar eyni mühitdə bərabər öyrənmə və iş imkanlarından istifadə edə bilsinlər.

Bu Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günündə, mən hamını qadınların əsl potensialını həyata keçirə biləcəyi və bu günün qızlarının sabahın aparıcı alim və yenilik yaradanları kimi ədalətli və dayanıqlı gələcək qura biləcəyi mühit yaratmağa çağırıram”, - mesajda qeyd olunub.

SON XƏBƏRLƏR

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

BÜTÜN XƏBƏRLƏR