Gürcüstan Ermənistan məhsuluna qoyduğu tranzit qadağasını əsaslandırıb

“Gürcüstanda 20-yə yaxın müxtəlif qida məhsulu patentləşdirilib. Bu məhsullara çaça, çurçxela, müxtəlif pendir növləri və matsoni daxildir”.

Gazetteaz xəbər verir ki, bunu Gürcüstanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyinin Qida və kəndlərin inkişafı Departamentinin rəhbəri Tengiz Kalandadze “İmedi” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, həmin qida məhsullarının hətta adlarına bənzər adların istifadəsi qadağandır: “Bu səbəbdən Ermənistanda istehsal olunan matsun məhsulunun tranzitinə qadağa qoyulub. Müəyyən vaxtdan sonra Ermənistanın Kənd Təsərrüfatı Nazirliyindən bizimlə əlaqə saxlanıldı. Söhbət zamanı biz məsələni izah etdik və qarşı tərəf razılaşdı. Bundan sonra bu cür fakt təkrarlanmadı”.

Məsələyə Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzinin (“Sakpatenti”) sədr müavini Nino Çikovani də münasibət bildirib. O deyib ki, ölkədə coğrafi göstərici kimi qeydiyyata alınmış qida məhsulu adlarından birbaşa və ya bilavasitə, həmçinin ona bənzər simvoldan da itifadə qadağandır.

Gürcüstanın Sənaye və Ticarət Palatasının direktor müavini Maqda Bolotaşvili öz növbəsində deyib ki, dövlət matsoninin Gürcüstan məhsulu kimi mövqeləndirilməsi üçün çoxlu resurs sərf edir. O qeyd edib ki, gürcüstanlı sahibkarlar da bu istiqamətdə inadlı fəaliyyət göstərir.

Xatırladaq ki, Gürcüstan Ermənistanda istehsal olunan matsun məhsulunun öz ərazisi vasitəsilə Rusiyaya tranzitinə qadağa qoyub. Səbəb məhsulun adının gürcü məhsulu olan matsoni ilə bənzərliyidir. Qadağadan sonra Ermənistan süd məhsulunu “erməni dağ yoqurtu” adı altında tranzit etməyə məcbur olub.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR