Mikayıl Cabbarov İtaliya şirkətlərini Azərbaycanla fəal əməkdaşlığa dəvət edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirak üçün ölkəmizdə səfərdə olan İtaliyanın Ekoloji Keçid Nazirliyinin Dövlət Katibi xanım Vannia Qava ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, nazir ölkələrimiz arasında əməkdaşlığın uğurlu inkişafını, dövlət başçılarının səfərlərinin, aparılan danışıqların əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, 2020-ci ilin fevralında Prezident İlham Əliyevin İtaliyaya səfəri ikitərəfli əlaqələrin inkişafına ciddi təkan verib.

İtaliya ilə iqtisadi-ticarət əməkdaşlığı inkişaf edir. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2021-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,7 milyard dollara yaxın olub. İtaliya şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərir.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. 2020-ci ilin 31 dekabrında tam istismara verilmiş Cənub Qaz Dəhlizi Azərbaycanın önəmli enerji təminatçısı kimi mövqeyini daha da möhkəmləndirib, iştirakçı ölkələr arasında tərəfdaşlığı gücləndirib.

Görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti vurğulanıb, İtaliya şirkətləri fəal əməkdaşlığa dəvət edilib.

Vannia Qava enerji və qeyri-neft sektoru sahələrində əməkdaşlığın genişləndirilməsinə dair səmərəli müzakirələrin önəmini qeyd edib, tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Tərəflər ölkələrimiz arasında iqtisadi əlaqələrin, xüsusilə enerji sahəsində əməkdaşlığın uğurlu inkişafını vurğulayıb, kənd təsərrüfatında İtaliya texnologiyalarından istifadə, alternativ enerji, azad olunmuş torpaqlarımızda su elektrik stansiyasının tikintisi və s. istiqamətlər üzrə əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR