BMT kölgəsində Azərbaycana erməni hücumu

"BMT" abreviaturası planetin hər bir vətəndaşına yaxşı tanışdır - onilliklər ərzində təşkilat sülh və əmin-amanlığın simvolu rolunu yerinə yetirib. Müharibələr, daxili münaqişələr, təbii fəlakətlər və ekoloji fəlakətlərin nəticələrindən əziyyət çəkən ölkələrə və əhalinin yoxsul təbəqəsinə yardım göstərmək uğrunda mübarizənin bir növ simvolu rolunu oynayıb. Zeytun budağı obrazı ilə qlobal istiləşmə ilə mübarizədən tutmuş bəşəriyyətin ərzaq təhlükəsizliyinin təmin edilməsinə kimi bəşəriyyətin aktual problemlərinin həllinə yönəlmiş yüzlərlə strateji əhəmiyyətli təşəbbüslər irəli sürülüb. lakin təəssüflə qeyd etməliyik ki, bu qeyri-adi mənzərə 21-ci əsrin reallıqlarına uyğun gəlmir.

Bizləri belə xoşagəlməz qənatə gəlməyə BMT əməkdaşlarından biri, Ermənistan vətəndaşı Armen Qriqoryan ilə bağlı epizod vadar edib. BMT-nin İnkişaf Proqramının İstanbuldakı regional mərkəzinin əməkdaşı olan bu cənab Twitter-də üstüörtülü və açıq şəkildə antitürkiyə və antiazərbaycan təbliğatı aşılayır. BMT əməkdaşından Ermənistan vətəndaşlığından uzaqlaşmasını tələb etmək fikrində deyilik. Lakin nəzərə alsaq ki, Qriqoryanın vətəni qonşu dövlətin ərazisini işğal etmiş klassik təcavüzkardır və onun maaş aldığı struktur da Azərbaycan torpaqlaırnın azad olunması barədə qətnamələr qəbul edib. O zaman bu ittihamı səsləndirməyin yeri var. ArmenQriqoryan UNDP-də BMT-nin loqosu altında revanşizmi təbliğ edir, Paşinyanın yenilməz Ermənistan ordusunun "qüdrətli silahı" haqqında yazılarını paylaşır.

Eyni zamanda 2020-ci ildə fəaliyyətini dayandırmış həmişəyaşar "Artsax"a səfərləri ilə öyünür, döyüşlərdə həlak olan Azərbaycan əsgərləri haqqında yazılardan ləzzət alır. Bu bəyanatların hər birində Qriqoryan BMT əməkdaşının peşəkar statusu ilə bağlı ən azı bir neçə müddəanı kobud şəkildə pozub. Sual oluna bilər ki, BMT rəhbərliyi əməkdaşının aqressiyası və millətçiliyinin təzahürünə necə reaksiya verdi? Son dərəcə "sərt" fomada Armen Qriqoryan "cəzalandırıldı" - Şimali Makedoniyada BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi vəzifəsini alan növbəti yüksəlişə layiq görüldü.

Beləliklə, ölkəmiz bu üzdəniraq BMT nümayəndəsinin Azərbaycanın ünvanına eyham və təhqirlərinə çoxmu dözəcək? Əminik ki, BMT-nin himayəsi altında işləmək şərəfinə layiq görülən Azərbaycan vətəndaşlarından heç biri Ermənistanın siyasi rəhbərliyinə və xalqına ünvanlanan bu cür kobud və məsuliyyətsiz ifadələrə heç vaxt yol verməzdi. Bəs niyə bu şəxsə bu imkan verilib? Kim ona Yupiter rolunu oynamağa imkan verib? İnanmaq istərdik ki, Azərbaycanın aidiyyatı rəsmi nümayəndələri bu suallara yaxın vaxtlarda dolğun cavab verəcəklər.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR