
Reklam
02 Fevral 2022, 10:03
518
Kadri Simson Azərbaycana gəlir
Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson Aİ-yə əlavə qaz tədarükünün müzakirə olunması üçün fevralın 4-də Azərbaycana və fevralın 7-də ABŞ-a səfər edəcək.
Gazette Trend-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Tim Makfi deyib.
"Qaz tədarükü ilə bağlı danışıqlar davam etdirilir. Fevralın 4-də avrokomissar "Cənub Qaz Dəhlizi"nin nazirləri görüşündə iştirak etmək üçün Azərbaycana yola düşəcək. Fevralın 7-də isə o və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel ABŞ-da Aİ-ABŞ Şurasının enerji iclasında iştirak edəcək", - deyə o bildirib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





