
Reklam
31 Yanvar 2022, 18:32
520
Fransa XİN başçısı Rumıniyada NATO missiyasının yaradılmasını müzakirə edəcək
Fevralın 2-3-də Buxarestdə səfərdə olacaq Fransa xarici işlər naziri Jan-İv Le Drian Rumıniyada NATO missiyasının yaradılması ehtimalını müzakirə edəcək.
Gazette “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fransa XİN başçısı məlumat verib.
“Fransa Prezidenti NATO-nun yeni təhlükəsizlik tədbirləri çərçivəsində öz töhfəsini verməyə hazır olduğunu bəyan edib. Biz bunu Şimali Atlantika Alyansından olan həmkarlarımız və Rumıniya hakimiyyəti ilə müzakirə edəcəyik”, - o bildirib.
Xatırladaq ki, daha əvvəl Fransanın müdafiə naziri Florans Parli NATO-nun müvafiq qərarı olacağı təqdirdə Ukrayna ilə həmsərhəd olan Rumıniyada bir neçə yüz hərbçi yerləşdirə biləcəklərini bəyan edib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





