BAKU Azərbaycan
26.03 °C

Azərbaycanda sahibkarlara 61 milyon manat faiz subsidiyası ödənilib

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara 60,5 milyon manat faiz subsidiyası ödəyib.

Gazetteaz xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun sədri vəzifəsini icra edən Osman Xaliyev bildirib.

“Bu dəstək mexanizminə əsasən, 10 mart 2020-ci il tarixinə kredit borcu olan sahibkarların müraciəti əsasında kreditlərin faiz dərəcəsinin 10% bəndi qədər subsidiyalar ödənilir. 1 yanvar 2022-ci il tarixinə kredit qalıq məbləği 910,9 milyon manat olan 4 927 müraciətə 62,5 milyon manat faiz subsidiyasının verilməsi təsdiq edilib ki, artıq bu məbləğin 60,5 milyon manatı sahibkarlıq subyektlərinə ödənilib. Hazırda bu mexanizm üzrə müraciətlərin qəbulu davam etdirilir”, - deyə o, qeyd edib.