
Reklam
28 Yanvar 2022, 15:36
600
Bağdad hava limanı raket atəşinə tutulub
İraqın paytaxtı Bağdaddakı beynəlxalq hava limanı atəşə tutulub.
Gazetteaz TASS-a istinadən xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
Bildirilib ki, aeroporta 6 raket atılıb. Onlardan bəzilərinin uçuş-enmə zolağına və aeroport binasına yaxın düşdüyü bildirilir.
Hadisənin təfərrüatı araşdırılır.
report
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





