Azərbaycanda Televiziya kanalları HD yayıma keçir, insanlar bunun üçün nə etməlidirlər?

Sabahdan etibarən, "Azerspace-1" peykindən yayımlanan Azərbaycan televiziya kanalları HD (High Definition - yüksək dəqiqlikli) formatda yayıma keçəcək.

Bu, Milli Televiziya və Radio Şurası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, nazirliyin tabeliyində olan "Azərkosmos", "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi və Dövlət Radiotezliklər İdarəsinin birgə razılığına əsasən yerli televiziya kanallarının yayımında təsvir keyfiyyətinin daha üstün səviyyəyə gətirilməsi məqsədilə həyata keçirilir.

Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov HD formatına keçidin təfərrüatlarını açıqlayıb.

İ.Səttarov bildirib ki, hazırda Azərbaycanda yerüstü yayım dövlət tərəfindən dəstəklənir və Azərbaycanın bütün əhalisi yerüstü yayım ilə əhatə olunur.

"Azərbaycan kanalları ölkə ərazisində yerüstü yayım ilə pulsuz yayımlanır, insanlar da sadə antena ilə bu kanallara baxa bilər, yəni bu, dövlət tərəfindən təmin olunur. Peyk yayımı vasitəsilə televiziyaların izlənməsi isə tamaşaçıların könüllu seçimidir. Yəni, hər kəsin yerüstü yayıma baxmaq imkanı peyk yayımında HD formatına keçiddən sonra da olacaqdır", - deyə İ.Səttarov vurğulayıb.

O qeyd edib ki, ölkəmizdə ailə təsərrüfatlarının az faizində peyk tunerləri HD formatını dəstəkləməyə bilər.

"Bu faiz çox aşağı olacaq. Ancaq kimlərin ki, peyk tunerləri HD formatını dəstəkləməyəcək, onlar yenə də yerüstü yayımla təmin ediləcəklər və televiziya kanallarına yerüstü yayım vasitəsilə baxa biləcəklər. Yəni insanlar fikirləşməsinlər ki, HD formatına keçiddən sonra onlar televiziyasız qalacaqlar", - deyə qeyd edib.

MTRŞ sədri vurğulayıb ki, yanvarın 28-də HD formatına keçiddən sonra əhali öz tunerlərini yenidən tənzimləməlidir. Bununla bağlı noyabr ayından əhali maarifləndirilir.

HD formatına keçidin səbəbinidən danışan İ.Səttarov vurğulayıb ki, hazırda Azərbaycanda peykdən HD formatında yayımlanan cəmi dörd televiziya kanalı var.

"Qalan kanallar peykdə ancaq SD formatında yayımlanırlar. Eyni zamanda, əhalimiz tərəfindən kifayət qədər izlənilən qonşu ölkələrin telekanallarının böyük əksəriyyəti artıq HD yayımı aparmaqdadılar. Həmin kanallar ilə müqayisədə bizim telekanallar təsvirin keyfiyyətində uduzur. Bu addım yerli televiziyaların xarici telekanalla rəqabət aparmağinda müəyyən dərəcədə kömək edəcək və ən əsası, Azərbaycan vətəndaşlarını daha keyfiyyətli təsvirlə təmin edəcək", - deyə MTRŞ sədri vurğulayıb.

SON XƏBƏRLƏR

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

BÜTÜN XƏBƏRLƏR