"Kimsə dayanma-durma işarəsi qadağan olunan yerdə avtomobilini saxlayırsa..."

Azərbaycanda dayanma, durma, parklanma, o cümlədən ödənişli parklanma ilə bağlı qanunvericilik təkmilləşdirilir və bu sahədə olan cərimələr sərtləşdirilir.

Bu məsələ barədə Trend-in sualını cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, qaydaların sərtləşdirilməsi effektiv olacaq.

Onun sözlərinə görə, xüsusən də parklanma ilə bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik düzgün yanaşmadır.

"Kimsə dayanma-durma işarəsi qadağan olunan yerdə avtomobilini saxlayırsa, yalnız nişanın tələbini pozur və heç kimə mane olmur. Həmin adama da 20 manat cərimə yazılır, səkidə, piyada keçidində, yol ayrıcında avtomobil saxlayıb bütün yol iştirakçılarının hərəkətinə mane olan şəxs də eyni məbləğdə cərimələnir. Məcəlləyə ediləcək dəyişikliklər bu boşluğu da aradan qaldıracaq. Bütün bunları nəzərə alaraq cəzaların fərqləndirilməsi nəzərdə tutulur. Əsasən, səkilərdə avtomobillərini qanunsuz olaraq saxlayan və bununla da piyadaların hərəkətinə əngəl yaradan sürücülərin müəyyən olunub cərimələnməsi effektiv nəticə verəcək", - deyə ekspert bildirib.

Qeyd edək ki, təklif edilən sözügedən dəyişikliklərə əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə on manat məbləğində cərimə ediləcək.

Təklif edilən digər dəyişikliyə görə, parklanma yerində müvafiq yol nişanları və nişanlama xəttləri ilə müəyyən edilmiş parklanma üsulunun sürücü tərəfindən pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində qanuna uyğun parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdıqda on manat məbləğində cərimə ediləcək.

Hazırda Məcəlləyə əsasən, bu cərimə Nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə tətbiq edilir.

O cümlədən əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə olan cərimə də artırılır. Layihəyə əsasən, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə olan cərimə 10 manatdan 20 manata qaldırılacaq.

Hazırda Məcəlləyə görə, bu cərimə sadəcə parklanma qaydalarının pozulmasına görə tətbiq edilir.

SON XƏBƏRLƏR

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

BÜTÜN XƏBƏRLƏR