Azərbaycan gömrükçüləri ötən il 17 mindən çox hüquqpozma faktı aşkar edib

2021-ci ildə Azərbaycan gömrük orqanları əməliyyat-axtarış və hüquq-mühafizə fəaliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi kompleks tədbirlər nəticəsində 17 144 hüquqpozma faktı aşkar edib.

Bunu Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini Güloğlan Muradlı bildirib.

O, bu barədə Lənkəran şəhərində DGK və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər”mövzusunda keçirdiyi təlimin II günündə danışıb.

"Son 5 ilə nəzər salsaq pandemiya şəraitinə baxmayaraq hüquqpozmaların sayında artım müşahidə olunur. 2021-ci ildə bu hüquqpozmaların içərisində cinayətlərin xüsusi çəkisinin azalmasının şahidi oluruq. Əvvəllər bəzi illərdə bu 8 % təşkil edirdisə, 2021-ci ildə cəmi 2,4 % təşkil edib", - gömrük rəsmisi qeyd edib.

Onun sözlərinə görə, ötən il aşkar edilmiş 418 cinayət xarakterli faktın 101-i qaçaqmalçılıq (qaçaqmalçılıq əşyalarının dəyəri 6,3 milyon manat), 26-sı gömrük ödənişlərinin ödənilməsindən yayınma, 21-i aksiz markasız idxal (425 min manatlıq mal), 191-i 252,2 milyon manat valyuta vəsaitlərini xaricdən qaytarmama, 79-u digər əməllərlə əlaqədar olub: “Bu əməllərin törədilməsində şübhəli bilinən 427 nəfərin (333 Azərbaycan vətəndaşı, 94 əcnəbi) barəsində müvafiq tədbirlər görülüb. Son illər ərzində gömrük sahəsində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması istiqamətində Baş İdarəni təşəbbüsü ilə aidiyyəti qurumlarla birgə həyata keçirilmiş tədbirlər nəticəsində gömrük əməkdaşları korrupsiya əməlləri ilə əlaqədar 20-yə yaxın fakt aşkar edib və toplanmış materiallar qanunauyğun tədbirlər görülməsi üçün aidiyyəti üzrə göndərilib”.

G. Muradlı bildirib ki, 2021-ci ildə axtarışda olan 11 nəfər şəxsin tapılaraq istintaq orqanına gətirilməsi təmin edilib, istintaqı aparılan 221 cinayət işindən 95-i ittiham aktları ilə birlikdə ibtidai araşdırmaya rəhbərlik edən prokurora göndərilib, həmin işlərdən 90-ı üzrə ittiham aktı təsdiq edilərək cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə verilib. 54 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. İcraatına xitam verilmiş 6 cinayət işi üzrə dövlət mülkiyyətinə vurulmuş 295 900 manat ziyan tam şəkildə ödətdirilib.

O qeyd edib ki, ötən il 16 726 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 1 749 hüquqi şəxs (o cümlədən 481 xarici hüquqi şəxs) və 14 989 fiziki şəxs (o cümlədən 10 453 xarici vətəndaş) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 3 milyon 523 min 402 manat cərimə tətbiq olunmaqla, dəyəri 1 milyon 300 min 605 manat olan malları məhkəmə orqanları müsadirə edib: “Bu xətaların 80 %-i malların, nəqliyyat vasitələrinin və ya onlara aid sənədlərin müəyyən edilmiş müddətdə təyinat gömrük orqanına çatdırılmaması, 7 %-i gömrük nəzarətindən gizlətmə, bəyan etməmə və yaxud düzgün bəyan etməmə, gömrük ərazisindən müəyyən edilmiş müddətdə kənara aparmama, yaxud qaytarmama, gömrük ödənişlərinin (borcunun) ödənilməsindən yayınma ilə, 13 %-i isə digər xətalarla əlaqədar olub. Con vaxtlar ən çox rast gəlinən inzibati xətalardan biri də qısa idxal bəyannaməsinin elektron formada verilməməsidir”.

SON XƏBƏRLƏR

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

BÜTÜN XƏBƏRLƏR