BAKU Azərbaycan
21.03 °C

Azərbaycanda dəhşətli qəza: iki bacı öldü, 5 nəfər yaralandı

Goranboyda ağır yol qəzasında ölənlərin və xəsarət alanların kimliyi bəlli olub.

İki avtomobilin toqquşası zamanı 1969-cu il təvəllüdlü Aybəniz Tanrıverdiyeva və onun bacısı, 1964-cü il təvəllüdlü Vəzifə Tanrıverdiyeva ölüb.

Yol qəzasında 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlu, 2013-cü il təvəllüdü Əlizadə Cəmilə Rəsul qızı, 1972-ci il təvəllüdlü Əliyeva Dilarə Eldar qızı, 1984-cü il təvəllüdü Orucov İkram İbarahim oğlu və 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

 

 

report