Mehriban Əliyevanın təşəbbüsü ilə valideyn himayəsindən məhrum olan uşaqlar üçün şənlik keçirildi - FOTO

Heydər Əliyev Fondu hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində xüsusi qayğıya ehtiyacı olan uşaqları bayram əhval-ruhiyyəsi ilə sevindirir. Bu il də istisna olmadı.

GAZETTE xəbər verir ki, Heydər Əliyev Fondundan verilən məlumata görə, əvvəlki illərdə Fondun prezidenti Mehriban Əliyevanın iştirakı ilə Buta sarayında uşaq evləri və internat məktəblərinin sakinləri, eləcə də sağlamlıq imkanları məhdud olan uşaqlar üçün şənlik təşkil edilirdi. Amma son 2 ildir COVID-19 pandemiyası ilə əlaqədar çox sayda insanın bir yerə toplaşması karantin rejiminin qaydalarına uyğun olmadığından, Fond bu kateqoriyadan olan uşaqları fərqli şəkildə təbrik edir.

Heydər Əliyev Fondunun əməkdaşları bayram ərəfəsində paytaxt Bakı və regionlarda uşaq evləri və internat məktəbləri, həmçinin sosial xidmət müəssisələrində olaraq Fondun prezidenti Mehriban Əliyevanın təbrikini, müxtəlif oyuncaqlar və şirniyyatlardan hazırlanan bayram sovqatlarını çatdırıb.

Bayram süfrəsi ətrafında Şaxta baba və uşaqların sevdikləri nağıl personajlarının iştirakı ilə şənlik təşkil edilib. 


SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR