“Fərqliyik, bərabərik” inklüziv uşaq festivalı keçirilib - FOTO

3 dekabr- Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə “Fərqliyik, bərabərik” inklüziv uşaq festivalı keçirilib.

“BP Azərbaycan” şirkətinin dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Keyfiyyətli inklüziv təhsildən istifadə imkanlarının genişləndirilməsi” layihəsi çərçivəsində Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunan festivalın bədii hissəsində 1 və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin, “Danceability” rəqs qrupunun, 11 saylı xüsusi təhsil məktəbinin, “Birgə və Sağlam” İctimai Birliyinin uşaqları proqramlarını təqdim ediblər.

Səhnə çıxışlarından sonra uşaqlar tematik pavilyonlarda əyləncəli inklüziv fəaliyyətlərə cəlb olunublar. Belə ki, İncəsənət və Sənətkarlıq üzrə İnklüziv Peşə Təlimi Mərkəzi, “Sevimli bala” Elm Mərkəzi, 1 və 3 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzləri, “Kinderland” uşaq əyləncə mərkəzi, “Mumla Candles” incəsənət mərkəzi, Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən pavilyonlarda uşaqların maraqlarına uyğun və dünyagörüşlərini genişləndirən müxtəlif fəaliyyətlər - teatr, stolüstü tennis, dulusçuluq və vitraj, rəssamlıq, kulinariya,eko dizayn, uşaq şəhərciyi, STEM və digər guşələr təqdim edib. Festival çərçivəsində həmçinin, əlilliyi olan və əlilliyi olmayan uşaqların iştirakı ilə müxtəlif əyləncəli və maarifləndirici proqramlar, əl işlərindən ibarət sərgi də təşkil olunub.
Festival vasitəsilə inklüziv cəmiyyətin formalaşması üçün əlilliyi olan uşaqların inklüziv təhsil imkanlarının artırılması, eləcə də cəmiyyətin bərabərhüquqlu üzvləri olaraq əlilliyi olmayan həmyaşıdları ilə birgə bu cür fəaliyyətlərdə iştirakçılığının vacibliyi diqqətə çatıdırılıb.

Qeyd edək ki, hər il dekabrın 3-ü dünyada Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü kimi qeyd edilir. Məqsəd ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarını qorumaq və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir. Əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunması, onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan dövlətinin daim diqqətdə saxladığı məsələlərdəndir.

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, sağlamlıqlarının qorunması, bərabərhüquqlu təhsil imkanlarının yaradılması Heydər Əliyev Fondunun fəaliyyətinin mühüm istiqamətlərindən olduğundan, bu sahədə mütəmadi olaraq müxtəlif layihələr icra olunur.

SON XƏBƏRLƏR

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib

BDYPİ-nin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciəti

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

BÜTÜN XƏBƏRLƏR