Braziliya senatoru parlamentdə Azərbaycanın azad edilən ərazilərindən danışıb

Azərbaycan-Braziliya parlamentlərarası dostluq qrupunun sədri, senator Antonio Anastasiya Braziliyanın Federal Senatında iclasında bir həftə öncə ölkəmizə səfərinin təəssüratlarını bölüşüb.

Bu barədə Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, senator A.Anastasia ilk öncə Azərbaycana səfəri barədə məlumat verib, ölkəmizin işğaldan azad edilmiş torpaqlarında Braziliyanın kənd təsərrüfatı sahələrində əməkdaşlıq vasitəsilə bərpa və yenidənqurma işlərində iştirak imkanlarından danışıb. O, qeyd edib ki, Ermənistan ilə uzun sürən münaqişədən sonra Qarabağ yenidən Azərbaycana qayıdıb.

Senator çıxışında deyib: “Beləliklə, mən bu istinadı etmək istəyirəm, çünki Braziliya bu sahələrdə əməkdaşlığa dəstək vermək niyyətindədir və sülh prosesinin möhkəmlənməsi üçün imkanlar da var. Əslində, Braziliyanın həmin regionda daha artıq geosiyasi mövqeyə malik olması, şirkətlərimizə və universitetlərimizə əməkdaşlıq üçün yeni imkanlar açır.

“Paytaxt Bakıda hakimiyyət orqanları ilə, o cümlədən Azərbaycan Respublikasının xarici işlər naziri ilə söhbət zamanı həmin ərazilərin bərpası və yenidən qurulması, müxtəlif əməkdaşlıqlar üçün imkanların açılması, xüsusən də bu sahədə əməkdaşlıq niyyəti çox aydın idi”, - deyə senator həmkarlarına müraciət edib.

Antonio Anastasiyanın sözlərinə görə, Braziliya 1990-cı illərdə Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstəklənən, Azərbaycan və Ermənistan arasında münaqişənin sülh yolu ilə həlli cəhdlərində iştirak edib.

Senator onu da bildirib ki, Azərbaycana səfər həmin ölkə hökumətinin dəvəti əsasında baş verib və səfər zamanı azad olunmuş ərazilərdə (Ağdam) və Gəncədə olub.

Senatorun çıxışı həm Senatın radiosunda, həm də televiziyasında yayımlanıb.

SON XƏBƏRLƏR

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib

BDYPİ-nin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciəti

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

BÜTÜN XƏBƏRLƏR