
Reklam
17 Noyabr 2021, 09:46
2024
Bakıda daha 3 məktəbdə əyani dərslər bərpa olunub
Paytaxtdakı 147 nömrəli Texniki-Humanitar Lisey, 26 və 230 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, hər 3 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





