Ərdoğan: “Türk Şurası zirvə toplantısının Demokratiya və Azadlıqlar adasında keçirilməsindən qürur duyuruq”

“Sabah İstanbulda ev sahibliyi edəcəyimiz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) zirvə toplantısına Macarıstanın Baş Naziri Viktor Orban da qatılacaq. Bu zirvənin ilk dəfə Demokratiya və Azadlıqlar adasında keçirilməsindən xüsusilə qürur duyuruq” - bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Macarıstanın Baş Naziri Viktor Orbanla görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Prezident Ərdoğan Türk Şurasında 2018-ci ildən müşahidəçi statusu alan Macarıstanın Budapeştdə Türk Şurası nümayəndəliyinin ofisini açmaqla iki ölkə arasında strateji fəaliyyətin daha da artırdığını bildirib. Dövlət başçısı qeyd edib ki, digər regional və beynəlxalq platformalarda da əməkdaşlıq və həmrəylik inkişaf etdiriləcək: “Macarıstan Türkiyə-Avropa İttifaqı əlaqələrinin inkişafında xüsusi rol oynadığına görə, cənab Orbana və Macarıstana öz adımdan və millətim adından təşəkkür edirəm”.

Ərdoğan Türk Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin bugünkü iclasının nəticələrinə görə, qarşılıqlı olaraq qəbul edilən 9 müqavilədən məmnunluğunu ifadə edib.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR