"Sun" markası şəhid övladları üçün "Bakı siz - FOTO səsləyir" layihəsini həyata keçirib - FOTO

"Sun" markası 8 noyabr – Zəfər Günü ərəfəsində Masallı, Cəlilabad və Salyan bölgələrində yaşayan şəhid övladları üçün “Müasir Psixologiya Mərkəzi” və “Xarıbülbül fidanları” təşkilatı ilə birlikdə "Bakı sizi səsləyir" layihəsi həyata keçirilib.

Layihə çərçivəsində şəhid övladları ilk olaraq II Fəxri Xiyabanı, General Polad Həşimovun məzarını ziyarət edilər eyni zamanda Zəfər yarmarkasında əsgərlərə məktub yazdılar. Qobustan qoruğu, Bakı bulvarı və Bakının digər müxtəlif gözəl yerlərini gəzdikdən sonra uşaqlarla fərqli şəkildə interaktiv oyunlar keçirildi. Daha sonra isə şəhid övladları psixoloji diaqnostika edilərək psixoloji dəstəyə ehtiyacı olanlar müəyyənləşdirildi və psixoloji dəstək verilib.

Bakı ilə tanışlıq, müxtəlif interaktiv oyunlar və psixoloji diaqnostika ilə dolğun iki günlük Bakı səyahətinin son günü uşaqlar Bakı Zooloji parkını və “Suraxanı” gəmi muzeyini ziyarət etdilər. Suraxanı gəmi muzeyində təşkil olunan tədbirdə müğənnilər Amil Həsənli və Samirə Allahverdiyeva çıxış edərək həm uşaqları ruhlandırdı həm də əyləndirib. Sonda isə “Sun” markası və “Xarı bülbül fidanları” adından hədiyyələr təqdim edilib.

Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini daim yad etmək hər birimizin borcudur. Əsas vəzifələrimizdən biri isə onların bizə əmanət qoyub getdiyi ailələrini unutmamaq və onların daim yanında olmaqdır. “Sun” markası bu layihə ilə birlikdə şəhid övladlarına kiçik də olsa bir töhfə verdi və bundan sonra da bu kimi sosial məsuliyyət layihələrini davam etdirəcək.

SON XƏBƏRLƏR

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib

BDYPİ-nin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciəti

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

BÜTÜN XƏBƏRLƏR