BAKU Azərbaycan
16.03 °C

İşğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı AÇIQLANDI - FOTO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.

 

Agentlikdən verilən məlumata görə, noyabrın 1-dən 6-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 173 piyada əleyhinə mina, 143 tank əleyhinə mina və 93 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 121 hektar ərazi mina və PHS-lərdən təmizlənib.