Berlində Brandenburq qapıları önündə “Zəfərə gedən 44 gün” adlı sərgi nümayiş olunub - FOTO

Berlin şəhərindəki Brandenburq qapıları önündə 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərə gedən 44 gün” adlı fotosərgi keçirilib.

 

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş tutan tədbir zamanı soydaşlarımız Azərbaycanın böyük ölçülü dövlət bayrağını coşqu ilə dalğalandırıblar. Meydanda azad edilmiş torpaqlarımızda Ermənistanın törətdiyi vandalizm aktlarını sübut edən fotomateriallar nümayiş etdirilib. 

Almaniya Azərbaycanlıları Alyansının sədri Yaşar Musayev və digər diaspor fəalları Ermənistanın xalqımıza qarşı apardığı işğalçı, təcavüzkar və etnik təmizləmə siyasəti, ötən il Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin Azərbaycan torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün təmin olunması naminə apardığı Vətən müharibəsində qazanılan parlaq qələbə barədə yerli sakinlərə ətraflı məlumat veriblər.   

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR