BAKU Azərbaycan
26.03 °C

Bu gün Bakıda "Böyük dəbilqə" turniri start götürəcək

Noyabrın 5-də Bakıda cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək.

Ayın 7-nə kimi davam edəcək turnirdə Azərbaycanın 33 idmançısı mübarizə aparacaq.

Kişilər arasında təşkil olunacaq yarışda Balabəy Ağayev, Rövşən Əliyev, Əhməd Yusifov, Turan Bayramov (60 kq), İbrahim Əliyev, Orxan Səfərov, İsmayıl İbrahimov, Tofiq Məmmədov (66 kq), Hidayət Heydərov, Rüstəm Orucov, Telman Vəliyev, Rüfət Məmmədov (73 kq), Elcan Hacıyev, Ömər Rəcəbli, Kərim Məmmədov, Hasil Cəfərov (81 kq), Rüfət İsmayılov, Vüqar Talıbov, Məmmədəli Mehdiyev (90 kq), Adil Kərimli, Ruslan Nəsirli (100 kq), Kənan Abdullaxanlı, Uşangi Kokauri, Camal Feyziyev və Hüseyn Məmmədov (+100 kq) güclərini sınayacaqlar.

Qadınların mübarizəsində isə Aişə Qurbanlı, Şəfəq Həmidova (48 kq), Zeynəb Məmmədova, Ülviyyə Bayramova (52 kq), Aytac Qardaşxanlı (63 kq), Günel Həsənli və Südabə Ağayeva (70 kq) medallar uğrunda yarışacaqlar.

Qeyd edək ki, "Böyük dəbilqə" turnirində ümumilikdə 29 ölkədən 196 cüdoçu (129 kişi, 67 qadın) mübarizə aparacaq.

İlk yarış günündə mübarizəyə saat 12:00-da, növbəti iki gün isə 13:00-da start veriləcək.

Xatırladaq ki, Heydər Əliyev adına İdman Sarayında təşkil olunacaq nüfuzlu turnirin təntənəli açılış mərasimi noyabrın 5-də saat 16:00-da keçiriləcək.